Bədənimiz özünü təbii şəkildə toksinlərdən təmizləyə bilir, amma bəzi vərdişlərlə bu prosesi gücləndirmək mümkündür. BBC-nin araşdırmasına əsasən, mütəxəssislər 5 əsas üsulu tövsiyə edir:
Daha çox lifli qida yeyin – Meyvə, tərəvəz, paxlalılar və yulaf bağırsaqların işləməsini asanlaşdırır, toksinlərin bədəndən çıxmasına yardım edir.
Kifayət qədər su için – Gündə 1,5–1,8 litr maye böyrəklərin və qaraciyərin tullantıları xaric etməsini təmin edir.
Ağırlıq və hava yollarını qoruyun – Siqaret çəkməyin, havanı təmiz saxlayın və nəfəs əzələlərini gücləndirən idman edin.
Yuxunuza diqqət edin – Yetərli yuxu beyində yığılmış tullantı maddələrin atılmasına kömək edir, zehni funksiyaları yaxşılaşdırır.
Fiziki aktiv olun – İdman qan dövranını artırır, qaraciyər və böyrəklərin toksinləri daha yaxşı təmizləməsinə yardım edir; artıq piylənmə bu prosesi zəiflədir.
Ekspertlər bildirir ki, qısa müddətli “detoks” pəhrizlərindən çox, uzunmüddətli sağlam həyat tərzi və balanslı qidalanma real fayda verir.