Aprelin 27-də respublika ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 43 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin məlumatına görə, axtarışda olan 113 nəfər, o cümlədən dələduzluğa görə axtarılan 6 şəxs saxlanılaraq istintaqa təhvil verilib. Mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 27,2 kiloqram narkotik vasitə, həmçinin xeyli sayda odlu silah və sursat götürülüb. Şübhəli bilinən 51 nəfər qanun qarşısında cavab vermək üçün tutulub, itkin düşmüş kimi axtarılan 9 nəfərin isə yeri müəyyən edilib. Polis orqanları narkotiklərlə mübarizə və qanunsuz silahların yığılması istiqamətində profilaktik işləri qətiyyətlə davam etdirir. Hazırda bütün faktlar üzrə müvafiq araşdırmalar aparılır.