Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərimiz və onların məşqçiləri ilə görüşən Prezident İlham Əliyev Azərbaycan idmançılarına qarşı qitə miqyaslı yarışlarda yol verilən ədalətsizliklərə toxunub. Dövlət başçısı bildirib ki, bir qayda olaraq Avropa yarışlarında təmsilçilərimizə qarşı haqsızlıq halları dünya çempionatlarına nisbətən daha çox müşahidə olunur.
Postxronika.az xəbər verir ki, Prezident qitə miqyaslı yarışlarda ölkəmizin mütləq üstünlüyünün bəzilərini narahat etdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri vurğulayıb: "Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir".