"The Blair Witch Project" qorxu fenomeninin yeni versiyası orijinal yaradıcı heyətin iştirakı ilə hazırlanır. Layihənin rejissor kürsüsündə Dilan Klark əyləşəcək.
Postxronika.az xəbər verir ki, orijinal filmin ulduzları Joshua Leonard və Maykl C. Uiilliams yeni ekran işinə icraçı prodüser kimi cəlb olunublar. Rejissorlar Eduardo Sançez, Daniel Myrick və Qreqq Hale də komandaya daxil edilib. ''Lionsgate'' və ''Blumhouse'' şirkətlərinin ərsəyə gətirdiyi bu rebut, illərdir davam edən narazılıqlara son qoyaraq köhnə və yeni nəsli birləşdirir.
Ceyms Van və Ceyson Blumun prodüserlik etdiyi film Kris Devlinin ssenarisi əsasında yenidən işlənir. Cəmi 35 min dollarlıq büdcə ilə qlobal uğur qazanan orijinal əsərin ruhunu qorumaq əsas məqsəddir. ''Atomic Monster'' studiyası bu qorxu klassikini müasir baxışla izləyicilərə təqdim edəcək.