Donetsk Xalq Respublikasının (DXR) azad edilmiş yaşayış məntəqələrində aparılan araşdırmalar zamanı 74 mülki şəxsin qalıqları tapılaraq eksqumatsiya edilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkinin Mariupolda keçirdiyi müşavirənin yekunlarına dair yayılan məlumatda bildirilir. Qeyd olunub ki, faktla bağlı artıq zəruri ekspertizalar təyin edilib və hadisə yerlərinə kriminalistlər cəlb olunub. Son iki həftə ərzində İK-nın ekspertiza mərkəzi hərbi əməliyyatlar nəticəsində zərər görmüş 400-dən çox obyektdə qiymətləndirmə aparıb. Hazırda bölgədə sübutların toplanması və şəxsiyyətlərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.