ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında rəsmi Tehranın yeni bir anlaşma əldə etməkdə maraqlı olduğunu bildirib. Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı İrana qarşı hava hücumlarının bərpasına lüzum görmədiyini, lakin hərbi variantın hələ də istisna edilmədiyini qeyd edib.Ağ Ev rəhbəri tərəflər arasındakı məxfi danışıqların təfərrüatlarının yalnız məhdud sayda şəxsə məlum olduğunu vurğulayıb. Qeyd edək ki, aprelin 7-də elan edilən və daha sonra Vaşinqton tərəfindən birtərəfli qaydada uzadılan atəşkəs rejimi bölgədə gərginliyi müvəqqəti azaltsa da, tərəflər hələlik yekun razılığa gələ bilməyiblər. İran tərəfi isə yalnız öz milli maraqlarına uyğun addımlar atacağını bəyan edərək, ABŞ-ın bu qərarına tabe olmaq niyyətində olmadığını diqqətə çatdırıb. Xatırladaq ki, 40 gün davam edən silahlı toqquşmalar nəticəsində İslam Respublikasında minlərlə insan həlak olub.