Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 1-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində axtarışda olan 115, o cümlədən borclu şəxs qismində axtarılan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən daha 72 nəfər isə hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Gün ərzində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Polis əməkdaşları qanunsuz dövriyyədə olan vasitələrin və silahların götürülməsi istiqamətində qətiyyətli mübarizə tədbirlərini davam etdirirlər. Hazırda bütün faktlar üzrə müvafiq araşdırmalar aparılır.