Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 1-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mühüm nailiyyətlər əldə olunub.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ailə üzvlərinə xəbər vermədən evdən çıxaraq itkin düşən 7 nəfərin yeri müəyyən edilərək ailələrinə təhvil verilib. Eyni zamanda, dələduzluq əməllərinə görə rəsmi axtarışda olan 9 nəfər saxlanılaraq istintaq orqanlarına təqdim edilib. Hazırda asayişin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.