Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova müasir Ukraynada hüquqi özbaşınalıq və korrupsiyanın “ədalət” anlayışını mənasızlaşdırdığını bildirib.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, diplomat bu fikirləri 2014-cü il mayın 2-də Odessada baş vermiş faciənin 12-ci ildönümü ilə bağlı şərhində səsləndirib. Zaxarova Kiyev rejiminin hadisəni araşdırmaq və günahkarları cəzalandırmaq vədlərinə baxmayaraq, hazırda ədaləti bərpa etmək niyyətində olmadığını vurğulayıb.

Onun sözlərinə görə, Qərb dövlətləri Ukraynadakı hüquqsuzluğa baxmayaraq, bu ölkəyə maliyyə və mənəvi dəstəyini davam etdirir. Rusiya rəsmisi Odessadakı Həmkarlar İttifaqları Evində baş verən yanğın zamanı 48 nəfərin həlak olduğunu xatırladaraq, illərdir aparılan istintaqın heç bir nəticə vermədiyini qeyd edib. Hazırda Moskva Ukraynadakı mövcud vəziyyəti demokratiyanın “qəribə forması” kimi qiymətləndirən Qərbi terrorizmi maliyyələşdirməkdə ittiham edir.