Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə daha bir yük tədarükü həyata keçiriləcək.
Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, 8 vaqon gübrənin bu gün saat 12:00-da Biləcəri stansiyasından yola salınması planlaşdırılır. Bundan əvvəl, aprelin 30-da da ölkə ərazisindən keçməklə qonşu ölkəyə 7 vaqondan ibarət Rusiya taxılı və gübrəsi daşınıb.
Tranzitlə bərabər, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı prosesi də davam edir. İndiyədək Ermənistana 8 500 tondan çox dizel yanacağı, həmçinin min tona yaxın Aİ-92 və 2 955 ton Aİ-95 markalı benzin göndərilib. Hazırda nəqliyyat və ticarət əlaqələri çərçivəsində yükdaşımalar müvafiq qaydada icra olunur.