Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən qətiyyətli mübarizə tədbirləri nəticəsində qanunsuz dövriyyədə olan xeyli sayda silah və narkotik vasitə aşkar edilib. 

Postxronika.az  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 2-si və 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumi çəkisi 7,3 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib.

Eyni zamanda, paytaxt və respublikanın müxtəlif rayonlarında aparılan axtarışlar zamanı qanunsuz saxlanılan 7 avtomat, 2 tüfəng və 13 ədəd patron aşkar olunaraq götürülüb. DİN-in məlumatına görə, odlu silah-sursatın yığılması və narkotiklərlə mübarizə istiqamətində əməliyyat-profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Faktlarla bağlı müvafiq araşdırmalar aparılır.