Mayın 4-də ölkə ərazisində asayişin qorunması, cinayətlərin qarşısının alınması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib. Polis əməkdaşlarının peşəkarlığı sayəsində onlarla cinayət işinin üstü açılıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər ki, gün ərzində qeydə alınan 38 cinayət faktı ilə yanaşı, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin də açılması təmin edilib.
Axtarışda olan və saxlanılan şəxslər
Keçirilən əməliyyatlar nəticəsində ədalət mühakiməsindən yayınan şəxslərin yerləri müəyyən edilib:
Ümumilikdə 145 nəfər axtarışda olan şəxs saxlanılıb (onlardan 117-si borclu şəxs qismində axtarışda olub).
Dələduzluq törətdiyinə görə axtarılan 16 nəfər istintaqa təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən daha 48 nəfər saxlanılaraq müvafiq orqanlara təqdim olunub.
İtkin düşənlərin tapılması
Polis əməkdaşları həmçinin sosial xarakterli axtarış tədbirlərində də uğurlu nəticələr əldə ediblər. Belə ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarışa verilən 15 nəfər tapılaraq ailələrinə və aidiyyəti üzrə təhvil verilib.
Narkotik və qanunsuz silahla mübarizə
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində külli miqdarda qanunsuz maddə dövriyyədən çıxarılıb:
14,1 kiloqrama yaxın narkotik vasitə;
4491 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunub.
Eyni zamanda, paytaxt və bölgələrdə aparılan profilaktik tədbirlər zamanı 2 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 39 ədəd patron müsadirə edilib.
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silah-sursatın və narkotik vasitələrin aşkar olunması istiqamətində qətiyyətli mübarizə tədbirlərinin fasiləsiz davam etdiriləcəyini vurğulayıb.