Səudiyyə Ərəbistanı Kral Kubokunun 2026-cı il mövsümünün qalibi müəyyənləşib.
Postxronika.az xəbər verir ki, turnirin final qarşılaşmasında ölkənin iki iddialı klubu – “Əl-Xolud” və “Əl-Hilal” komandaları üz-üzə gəlib.
Gərgin keçən həlledici matçda rəqibini 2:1 hesabı ilə məğlub edən “Əl-Hilal” komandası növbəti dəfə kubokun sahibi olub. Bu qələbə ilə "Əl-Hilal" ölkə daxilindəki hegemonluğunu bir daha sübut edərək muzeyinə yeni bir titulu əlavə edib.