ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı atəşkəs rejiminin müddətinin uzadıla biləcəyini ehtimal edib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandıran Tramp müharibənin başa çatmasını görmək istədiyini bildirib.
"Mən bu müharibənin bitdiyini görmək istərdim," – deyən ABŞ lideri, mövcud atəşkəsin "böyük ölçüdə uzadılmasının" tərəfdarı olduğunu əlavə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü şərəfinə mayın 8-dən 10-na qədər atəşkəs elan edilmişdi. Cümə günü isə Rusiya, ABŞ və Ukrayna arasındakı təmaslar nəticəsində atəşkəsin mayın 9-dan 11-nə qədər qüvvədə qalması barədə razılıq əldə olunduğu açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi mayın 8-i gecə yarısından etibarən hərbi əməliyyatların tam dayandırıldığını bildirsə də, Ukrayna tərəfinin bəzi istiqamətlərdə atəşi davam etdirdiyi qeyd olunur.