Rusiya tərəfi Ukrayna Prezidenti Vladimir Zelenskinin Qələbə paradı ilə bağlı hədələrinə reaksiya verib.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq birliyi vəziyyətin ciddiliyini anlamağa çağırıb.

​Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, mayın 8-dən 11-nə qədər davam edən atəşkəs rejiminə baxmayaraq, bayram tədbirlərinə hər hansı müdaxilə cəhdi bağışlanmayacaq. Nazirliyin xəbərdarlığında deyilir ki, əgər Kiyev rejimi mayın 9-da Moskvaya dron hücumu və ya digər təxribat törədərsə, Rusiya ordusu Kiyevin mərkəzi qərarvermə məntəqələrinə kütləvi və sarsıdıcı cavab zərbələri endirəcək.

​Mariya Zaxarova qeyd edib ki, bu, sadəcə siyasi bəyanat deyil, real hərbi xəbərdarlıqdır: "Zelenskinin hədələri terror aktı niyyəti kimi qiymətləndirilir. Biz bütün beynəlxalq təşkilatları və dövlətləri bu vəziyyətin qarşısını almaq üçün konkret addımlar atmağa çağırırıq".

​Rusiya rəsmisi həmçinin əlavə edib ki, kollektiv Qərb Zelenskinin ekstremist ritorikasına göz yummaqla regionda gərginliyi daha da artırır. Hazırda Moskvada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.