Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı əməliyyat tədbirləri uğurla davam etdirilir.
Postxronika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 8-də keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə çıxarılaraq götürülüb.
Eyni zamanda, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın yığılması istiqamətində paytaxtda və rayonlarda effektiv tədbirlər görülüb. Mayın 8-də keçirilən axtarışlar nəticəsində 3 avtomat silahı, 2 tapança, 5 tüfəng, 4 patron darağı və 219 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.