Mayın 9-u səhər saatlarına olan faktiki hava şəraiti açıqlanıb.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 8-də ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrdə yağıntılar intensiv xarakter alıb, şimşək çaxıb. Yüksək dağlıq ərazilərdə — Şahdağ, Xınalıq və Qrızda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarına görə ən yüksək göstərici Göyçayda (15 mm) qeydə alınıb. Həmçinin Xaltan və Şəkidə 10 mm, Qəbələdə 9 mm, Beyləqan və Oğuzda 8 mm, İsmayıllıda isə 7 mm yağıntı düşüb. Digər rayonlarda, o cümlədən Gədəbəy, Göygöl, Ağstafa və Daşkəsəndə yağıntının miqdarı 1-6 mm arasında dəyişib.
Məlumata görə, mayın 8-də Ağstafa rayonunun Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşməsi qeydə alınıb.