Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş genişmiqyaslı silsilə tədbirlər icra edilir.
Postxronika.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, bu münasibətlə qurumun kollektivi Böyük Qafqazın Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş reallaşdırıb. Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı ilə birgə təşkil olunan bu səfər dəniz səviyyəsindən 3751 metr hündürlükdə uğurla yekunlaşıb. İştirakçılar zirvədə Ulu Öndərin barelyefini ziyarət edərək, dahi rəhbərin xatirəsini böyük ehtiramla yad ediblər. Mürəkkəb relyef və sərt hava şəraitinə baxmayaraq, heyət müəyyən olunmuş nöqtəyə çatıb. Bu addım dövlətçiliyə bağlılığın və dahi şəxsiyyətin ideyalarına sadiqliyin rəmzi nümayişinə çevrilib.