Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey ölkəmizin ordu quruculuğuna mühüm töhfələr verməkdədir.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, liseyin rəis müavini polkovnik Ceyhun Rüstəmov müəssisənin 1998-ci ildən fəaliyyət göstərdiyini və bu günədək 5000-dən çox məzunun zabit kimi xidmətə başladığını bildirib. Məzunlar Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və antiterror tədbirlərində yüksək peşəkarlıq nümayiş etdiriblər. Döyüş yolu keçən hərbçilərdən 96 nəfəri şəhidlik zirvəsinə ucalıb, onlardan dördü isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Qeyd edək ki, lisey 2004-cü ildən Ümummilli Lider Heydər Əliyevin adını daşıyır və gənc zabit kadrların yetişdirilməsində strateji rol oynayır.