Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkar edilərək götürülüb. İstintaq zamanı saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.