Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək, temperatur gündüz saatlarında 23-28° isti təşkil edəcək. Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılsa da, bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, şimşək və dolu ehtimalı var. Dağlıq bölgələrdə temperaturun gündüz 25°-dək yüksələcəyi, ayrı-ayrı yerlərdə duman olacağı bildirilir. Paytaxtda atmosfer təzyiqi 764 mm civə sütunu, rütubət isə gündüz 50-55 % olacaq.