Səudiyyə Ərəbistanının nüfuzlu “Okaz” qəzetində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə və iki ölkə arasındakı əlaqələrə həsr olunmuş geniş məqalə dərc edilib.

Postxronika.az  xəbər verir ki, yazıda Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və Səudiyyə Ərəbistanı ilə möhkəm tərəfdaşlığın banisi kimi təqdim olunur. Məqalədə 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpa edilməsi, ilk Konstitusiyanın qəbulu və “Əsrin müqaviləsi” sayəsində iqtisadi sıçrayışın əsasının qoyulması xüsusi vurğulanıb. Müəllif, həmçinin Heydər Əliyevin İslam dəyərlərinə verdiyi yüksək qiyməti və 1994-cü ildə Səudiyyə Ərəbistanına etdiyi tarixi səfərin ikitərəfli münasibətlərdəki həlledici rolunu qeyd edib. Sonda bildirilir ki, bu siyasi irs bu gün də Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.