Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May – Avropa Günü münasibətilə yaydığı bəyanatda rəsmi Ankaranın Avropa üçün strateji əhəmiyyətini vurğulayıb.

Postxronika.az  xəbər verir ki, Türkiyə lideri Avropa İttifaqının hazırda ciddi qlobal böhranlarla üzləşdiyini və Türkiyənin iştirakı olmadan bu problemlərin həllinin çətin olacağını bildirib. Prezident qeyd edib ki, İttifaqın Türkiyəyə olan ehtiyacı Ankaranın üzvlük ehtiyacından daha böyükdür və bu zərurət gələcəkdə daha da artacaq. Ərdoğan Türkiyənin tamhüquqlu üzvlük perspektivinə sadiq olduğunu xatırladaraq, Brüsseldən də eyni səmimiyyəti gözlədiklərini diqqətə çatdırıb. Sonda o, Avropa Gününün qitədə sülh və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu ifadə edib.