Şəki və Oğuz rayonlarının sərhəd zonasında yeraltı təkanlar qeydə alınıb.
Postxronika.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 3.5 vahidə bərabər olub. Seysmik hadisənin ocağı yerin 35 kilometr dərinliyində yerləşib. Zəlzələnin episentrində və yaxın yaşayış məntəqələrində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb. Mütəxəssislər hazırda ərazidəki seysmik vəziyyəti nəzarətdə saxlayırlar.