Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin hərbi qulluqçuları Fəxri xiyabanı ziyarət ediblər.
Postxronika.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət agentliyinə istinadən xəbər verir ki, ziyarətçilər Ümummilli Liderin məzarı önünə əklil və çiçəklər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Anım tədbirləri Xidmətin aparatında, Mərkəzi Çağırış Məntəqəsində və bütün yerli struktur qurumlarında da davam etdirilib. Bu tədbirlər Ulu Öndərin dövlətçilik irsinə sadiqliyin bir göstəricisi kimi qeyd olunub.