Çexiyanın paytaxtındakı Vatslav Havel hava limanında qanunsuz dron uçuşu hava nəqliyyatının fəaliyyətində ciddi fasilələrə yol açıb.

Postxronika.az  xəbər verir ki, hadisə səbəbindən bir təyyarə Vyanaya istiqamətləndirilib, bir neçə reys isə məcburi gecikmə ilə üzləşib. Çexiya polisi pilotsuz uçuş aparatını idarə etməkdə şübhəli bilinən 38 yaşlı şəxsi saxlayaraq cihazı müsadirə edib. Faktla bağlı hava təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə araşdırma başladılıb. Mütəxəssislər xəbərdarlıq edir ki, strateji obyektlər ətrafında icazəsiz uçuşlar eniş-qalxış prosesi üçün böyük risk daşıyır. Son dövrlər oxşar halların artması ilə əlaqədar ölkədə nəzarət mexanizmlərinin sərtləşdirilməsi gündəmdədir.