İstanbulun Beyoğlu bələdiyyəsinin sənət qalereyasında Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun “Bahar naxışları” mövzusunda fərdi sərgisinin açılış mərasimi keçirilib.

Postxronika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, SAKÜDER və Beyoğlu bələdiyyəsinin əməkdaşlığı ilə təşkil olunan sərgidə rəssamın 32 əsəri nümayiş etdirilir. Açılışda çıxış edən tanınmış sənət xadimləri Teymur Rzayev və Kəmalə Paşayeva müəllifin yaradıcılığının əhəmiyyətini vurğulayıblar. Arif Hüseynov bu sərginin onun İstanbuldakı ilk fərdi çıxışı olduğunu və əsərlərində əsasən Azərbaycan folkloru, tarixi və sevgi motivlərinin yer aldığını bildirib. Sənətkarın məqsədi Azərbaycanın zəngin mədəni irsini İstanbulun sənətsevər auditoriyasına təqdim etməkdir. Maraqlananlar sərgi ilə mayın 28-dək tanış ola bilərlər.