Türkiyə Super Liqasında 2025/2026 mövsümünün çempionu bir daha "Qalatasaray" oldu.


Postxronika.az xəbər verir ki, İstanbul təmsilçisi Okan Buruk rəhbərliyində 4 ardıcıl çempionluq ilə Fatih Terimin rekorduna şərik oldular.


33-cü turda evində "Antalyaspor" ilə qarşılaşan "cimbom" 2-1 hesabı ilə geriyə düşsə də Osimhen, Lemina və Kaan Aynanın qolları ilə 4-2 qazanaraq çempionluğunu elan etdi.


Qeyd edək ki, "aslanlar" 26-cı dəfə Türkiyənin ən böyüyü olaraq bu titula yiyələnmiş tək komandadır.


Hüseyn Rəşadoğlu