Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə jurnalistlərə geniş müsahibə verib.

Postxronika.az xəbər verir ki, diplomat dahi şəxsiyyətin 1990-cı illərin çətin sınaqlarından Azərbaycanı uğurla çıxarmasını və müstəqilliyin qorunmasındakı misilsiz xidmətlərini xüsusi qeyd edib. Səfir bildirib ki, Ulu Öndərin ideyaları ölkənin təkcə siyasi suverenliyini deyil, həm də müasir iqtisadi inkişaf yolunu aydın şəkildə müəyyənləşdirib. Çıxışda dahi rəhbərin “Bir millət, iki dövlət” fəlsəfəsinin bu gün ən yüksək zirvədə olan Türkiyə-Azərbaycan dostluğu üçün əsas hədəf və sarsılmaz təməl olduğu vurğulanıb. Birol Akgün qardaş ölkənin hər zaman bu tarixi irsə sadiq qalaraq ortaq dəyərləri uca tutacağını diqqətə çatdırıb. Sonda o, Ümummilli Liderin xatirəsini bütün türk dünyası adından dərin ehtiram və minnətdarlıqla yad etdiyini bildirib.