Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öncəsi respublikanın müxtəlif bölgələrini əhatə edən silsilə festivalların növbəti ünvanı Xankəndi şəhəri olub.
Postxronika.az xəbər verir ki, Qarabağ Universitetində təşkil edilən məlumatlandırma sessiyasında tələbələrə və media nümayəndələrinə forumun qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə işğaldan azad edilmiş ərazilərin sıfırdan, müasir "ağıllı" şəhər və kənd konsepsiyaları əsasında yenidən qurulduğu xüsusi vurğulanıb. Bildirilib ki, artıq bölgədə 8 şəhərin baş planı təsdiqlənib və dayanıqlı infrastruktur layihələri vasitəsilə tam yeni ekosistem formalaşdırılır. “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin rəsmiləri Bakıdakı foruma 178 ölkədən 30 mindən çox iştirakçının qeydiyyatdan keçdiyini diqqətə çatdırıblar. Festival proqramı axşam saatlarında Xankəndi şəhərinin Zəfər meydanında keçirilən kütləvi ictimai tədbirlərlə yekunlaşıb.