"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borqes Misli Premyer Liqasında yubiley qoluna imza atıb.

Postxronika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Qəbələ" ilə səfər matçında (1:1) fərqlənməklə çempionat karyerasında 25-ci qolunu qeyd edib. Braziliyalı legioner bu nəticəyə Azərbaycan çempionatlarında keçirdiyi 76-cı qarşılaşmasında nail olub. Kadi ölkə çempionatları tarixində ən azı 25 qol vuran 132-ci oyunçu kimi adını tarixə yazdırıb. Cari mövsümdə bu yubileyə çatan dördüncü futbolçu olan Kadi, eyni zamanda Toral Bayramov, Felipe Santos və Ülvi İsgəndərovun uğurunu təkrarlayıb. Qeyd edək ki, yarımmüdafiəçi vurduğu bütün qolları yalnız "Qarabağ"ın heyətində çıxış etdiyi dörd fərqli mövsümdə rəqib qapılarından keçirib.