Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.
Postxronika.az xəbər verir ki, din xadimləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusunun məzarı üzərinə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər. Mərasim zamanı Ulu Öndərin ruhuna dualar oxunub, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri yüksək qiymətləndirilib. Ziyarətçilər həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini əziz tutaraq onun məzarı önünə tər çiçəklər düzüblər. Din xadimləri tərəfindən hər iki şəxsiyyətin ruhuna Allahdan rəhmət dilənib və dualar səsləndirilib. Bu ziyarət ölkədəki mövcud tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərə sadiqliyin növbəti nümunəsi kimi xarakterizə olunub.