Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Postxronika.az xəbər verir ki, nazirlik əməkdaşları müasir müstəqil Azərbaycan dövlətinin qurucusunun məzarı önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ziyarət zamanı dahi şəxsiyyətin ölkəmizin tərəqqisi və xalqın rifahı naminə göstərdiyi misilsiz xidmətlər bir daha xatırlanıb. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb və məzarı üzərinə tər çiçəklər qoyulub. Qurum rəsmiləri Ulu Öndərin müəyyən etdiyi sosial inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini vurğulayıblər. Mərasim dövlətçilik tariximizin parlaq simalarına olan sonsuz sevgi və hörmətin nümayişinə çevrilib.