Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qarabağ Universitetinin rektoru Şahin Bayramov dahi rəhbərin dövlətçilik irsini yüksək qiymətləndirib.
Postxronika.az xəbər verir ki, AZƏRTAC-a istinadən xəbər verir ki, Şahin Bayramov Ulu Öndərin uzaqgörən siyasətinin Qarabağın azadlığı ilə öz təntənəsini tapdığını qeyd edib. Xüsusilə gənclər siyasəti və təhsil islahatlarının bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Rektor rəhbərlik etdiyi təhsil ocağının bu zəngin irsə sadiq qalaraq vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiyini bildirib. Məqalədə dahi şəxsiyyətin ideyalarının gələcək nəsillər üçün əsas bələdçi olduğu vurğulanıb.