Gürcüstanın Marneuli şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təntənəli anım tədbiri keçirilib.
Postxronika.az xəbər verir ki,Səfir Faiq Quliyev çıxışında dahi şəxsiyyətin regionda sabitliyin təminatçısı və müasir strateji layihələrin ideya müəllifi olduğunu vurğulayıb. Son 20 ildə Gürcüstandakı soydaşlarımızın sosial və infrastruktur ehtiyaclarına 80 milyon dollardan çox vəsait ayrıldığı diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndərin təməlini qoyduğu enerji və nəqliyyat dəhlizləri bu gün də bölgənin geosiyasi əhəmiyyətini artırır. Yerli rəsmilər Heydər Əliyev irsinin xalqlarımızı birləşdirən mənəvi körpü olduğunu xüsusi qeyd ediblər. Mərasim dövlət himnlərinin səslənməsi və geniş konsert proqramı ilə yekunlaşıb.