Mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.
Postxronika.az xəbər verir ki,nazirliyin əməkdaşları xalqımızın dahi oğlunun məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ziyarət zamanı müstəqilliyimizin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində Heydər Əliyevin misilsiz xidmətləri bir daha xatırlanıb. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi strateji kurs bu gün ölkəmizin tərəqqisinin əsas zəmanətidir. Anım mərasimi asayiş keşikçilərinin dahi şəxsiyyətin irsinə sadiqliyinin növbəti nümayişinə çevrilib.