BƏƏ-nin hava hücumundan müdafiə (HHM) qüvvələri bu gün İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.

Postxronika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2265 pilotsuz uçuş aparatını ələ keçirib.

İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb", - qurumdan qeyd edilib və ölənlərin sayının dəyişmədiyini - 13 nəfər olaraq qaldığı vurğulanıb.

BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.