İran hakimiyyəti regiondakı münaqişəyə son qoymaq məqsədilə ABŞ tərəfindən irəli sürülən təklifə cavabını pakistanlı vasitəçilərə təqdim edib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, hazırkı mərhələdə danışıqlar yalnız bölgədəki müharibənin dayandırılması məsələsini əhatə edəcək. Məlumata görə, Tehranın cavab mətnində hərbi əməliyyatların dayandırılması ilə yanaşı, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi bəndi də yer alıb.
Xatırladaq ki, mayın 7-də tərəflərin qarşılıqlı raket və dron zərbələri endirməsi regionda gərginliyi kəskin artırmışdı. ABŞ-nin İran tankerinə müdaxiləsinə cavab olaraq, İslam Respublikası Amerika esmineslərinə hücum təşkil etmişdi. Hazırda diplomatik səylər insidentlərin genişmiqyaslı qarşıdurmaya çevrilməməsinə xidmət edir.