Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Postxronika.az Axar.az-a istinadən xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.

Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.

Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb