Suraxanı rayonu, MİDA 2 yaşayış kompleksinin ərazisində yeniyetmənin ayağı söhbətgahın dəmir barmaqlıqları arasında sıxışıb və çıxara bilməyib.

Postxronika.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

Əraziyə cəlb edilən xilasedicilər tərəfindən xilasetmə avadanlıqları tətbiq edilməklə vətəndaşın ayağı çıxarılıb.