"Aston Villa"nın baş məşqçisi Unay Emeri Premyer Liqanın 36-cı turunda "Bernli" ilə heç-heçə bitən matçdan sonra fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis komandasının qələbəyə layiq olduğunu, lakin əlverişli fürsətlərdən yararlana bilmədiklərini vurğulayıb.
Postxronika.az xəbər verir ki, təcrübəli çalışdırıcı futbolçuların meydandakı səyini yüksək qiymətləndirərək onlara minnətdarlığını bildirib. O, qarşılaşma zamanı çoxlu hücumlar təşkil etdiklərini və qələbə üçün mübarizə apardıqlarını qeyd edib. Emeri qeydə alınmayan ofsayd qolunu və boşa verilən şansları nəticəyə təsir edən əsas amillər kimi göstərib. Sonda mütəxəssis heyətin üç xal qazanmaq istəyini xüsusi diqqətə çatdırıb.