Abşeron rayonunun Qobu qəsəbəsində fərdi yaşayış evlərindən oğurluq edən şəxs polis tərəfindən müəyyən edilib.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında iki evin həyətinə daxil olaraq oradan su sayğacları, su mühərrikləri və digər qiymətli məişət əşyalarını oğurlayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış 35 yaşlı İ.Salahlı saxlanılıb. İstintaq zamanı məlum olub ki, o, oğurladığı texniki avadanlıqları müxtəlif şəxslərə sataraq qazanc əldə edib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.