Gürcüstan Pravoslav Kilsəsi ölkənin 142-ci dini rəhbərini müəyyən edib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) səsvermə nəticəsində Gürcüstanın yeni Katolikos-Patriarxı seçilib. O, rəqiblərini böyük fərqlə geridə qoyaraq ümumilikdə 22 səs toplamağa müvəffəq olub.
Seçki prosesində digər namizədlər — Urbnisi və Ruisi yeparxiyasının mitropoliti Job 9 səs, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs qazanıb. Mitropolit Şio artıq Gürcüstanın dini həyatına rəhbərlik edəcək əsas sima kimi fəaliyyətə başlayıb. Bu mühüm təyinat kilsə daxilində yeni idarəçilik dövrünün başlanğıcı hesab olunur.