Rusiya Xarici İşlər Nazirliyi İrəvanın "Avropa yolu" seçiminə dair rəsmi xəbərdarlıq edərək bu addımın mənfi nəticələr doğuracağını vurğulayıb.
Postxronika.az xəbər verir ki, departament direktoru Mixail Kalugin sözügedən siyasi kursun Rusiya-Ermənistan münasibətlərində sistemli və köklü dəyişikliklərə yol açacağını bildirib. Moskva rəsmisinin fikrincə, Brüssel region ölkələrinin rifahı və suverenliyi üçün heç bir real təhlükəsizlik aləti təqdim etmək iqtidarında deyil. Diplomat qeyd edib ki, Avropa İttifaqının əsas məqsədi Cənubi Qafqaza qayğı göstərmək deyil, yalnız geosiyasi qarşıdurmada öz maraqlarını təmin etməkdir. Bu kontekstdə, Ermənistanın xarici siyasətindəki kəskin dönüşün iqtisadi sabitlik üçün ciddi risklər yarada biləcəyi xüsusi qeyd olunub. Rusiya tərəfi tərəfdaş dövlətin vətəndaşlarını bu qərarların doğura biləcəyi perspektivlərdən məlumatlı olmağa çağırıb.