"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının XXI turunda "Arsenal"la keçiriləcək səfər matçı öncəsi gözləntilərini açıqlayıb.
Postxronika.az xəbər verir ki, "Liverpool Echo" nəşrinə istinadən danışan niderlandlı mütəxəssis rəqibin hazırda çox yüksək formada olduğunu bildirib. Çalışdırıcı "topçular"ın müdafiədə etibarlı oynadıqlarını, standart vəziyyətlərdə və topa nəzarətdə uğurlu olduqlarını vurğulayıb. O, London təmsilçisinin turnir cədvəlinə başçılıq etməyə tam layiq olduğunu qeyd edib. Slot bu qarşılaşmanın komandası üçün həm çempionat, həm də digər turnirlər baxımından ciddi sınaq rolunu oynayacağını diqqətə çatdırıb. Qeyd edək ki, "Emirates" stadionunda baş tutacaq görüş sabah keçiriləcək.