Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Sarmat" qitələrarası ballistik raketinin sınaqları ilə bağlı rəsmi Vaşinqtonun xəbərdar edildiyini təsdiqləyib. 

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü bu barədə müvafiq sualı cavablandırarkən bildirişlərin həm ABŞ-yə, həm də digər ölkələrə göndərildiyini qeyd edib. O, bu cür hərbi yoxlamalar zamanı beynəlxalq bildiriş qaydalarına əməl olunduğunu vurğulayıb.

Xatırladaq ki, "Sarmat" dünyanın ən güclü raket kompleksi hesab olunur və onun sınaqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Rusiya tərəfi bu addımı hərbi potensialın planlı şəkildə artırılması kimi qiymətləndirir. Şəffaflığın qorunması məqsədilə həyata keçirilən bu xəbərdarlıqlar regionda yarana biləcək yanlış anlaşılmaların qarşısını almağa xidmət edir.