İngiltərənin "Çelsi" klubu İtaliya "Milan"ının forvardı Rafael Leaonu transfer etməyi planlaşdırır.
Postxronika.az xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına əsasən, London təmsilçisi portuqaliyalı hücumçu üçün 75 milyon avro ödəməyə hazırdır. "Mavilər"in əsas hədəfi olan 26 yaşlı futbolçunun bazar dəyəri "Transfermarkt" tərəfindən 70 milyon avro qiymətləndirilir. Cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxan forvard 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz oyunçunun "rossoneri"lər ilə hazırkı müqaviləsi 2028-ci ilədək qüvvədədir.