Cari ilin 17-22 may tarixlərində paytaxtımızda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə xüsusi funksiya əlavə edilib.

Postxronika.az xəbər verir ki, qonaqlar və tədbir iştirakçıları proqramda “WUF13” bölməsini aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə hərəkət marşrutlarını daha rahat planlaşdıra biləcəklər. Rəqəmsal platformada xüsusi ayrılmış dayanacaqlar xəritədə qeyd olunub və istifadəçilər avtobusların gəliş vaxtlarını real zaman rejimində izləmək imkanı qazanıblar. Bundan əlavə, funksionallıq daxilində "Gedəcəyiniz yer" bölməsinə "Bakı Olimpiya Stadionu" yazıb axtarış etməklə məkana ən qısa və rahat çatım xəttini müəyyən etmək mümkündür. Yeniliyin istifadə qaydaları ilə yaxından tanış olmaq istəyənlər üçün xüsusi təlimat videosu da hazırlanıb.