Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə sakinlərlə görüş qrafikinə uyğun olaraq, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və Kəlbəcər sakinlərini qəbul edib.
Postxronika.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilərək xatirəsi ehtiramla yad olunub. Keçirilən görüşdə ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, eləcə də məşğulluq kimi müxtəlif mövzulardakı müraciətlər dinlənilib. Nazir qaldırılan problemlərin araşdırılması və operativ şəkildə həll edilməsi məqsədilə qurumun məsul əməkdaşlarına müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlər isə baxılması üçün aidiyyəti dövlət orqanlarına yönləndirilmək üzrə qeydiyyata alınıb.