Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəmadi olaraq hazırladığı “AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərinə həsr olunub.
"Postxronika.az" Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, təqdim olunan videoçarxda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Materialda qənd və karamel emalı müəssisəsində Agentliyin metodiki dəstəyi ilə nöqsanların aradan qaldırılması və fəaliyyətin standartlara uyğunlaşdırılması prosesi də yer alıb.
Sözügedən tədbirlərin sağlam və dayanıqlı biznes mühitinin formalaşdırılmasına, eyni zamanda istehlakçıların təhlükəsiz qida ilə təmin olunmasına xidmət etdiyi vurğulanıb. Maraqlananlar videoçarxla qurumun rəsmi yutub kanalı vasitəsilə tanış ola bilərlər.